Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 20 min 115 ton kərə yağı istehsal edilib.
Aqrarpress.az xəbər verir ki, 2025-ci ilin müvafiq dövründə bu göstərici 22 min 115,5 ton təşkil edib.
Beləliklə, cari ilin ilk 10 ayında kərə yağı istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 0,5 ton və ya 9% azalıb.
Bununla yanaşı, 2026-cı il noyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 12,8 ton hazır kərə yağı ehtiyatı olub.
Ötən ilin eyni tarixində bu göstərici 174,3 ton təşkil edib. Nəticədə kərə yağı ehtiyatları illik müqayisədə 161,5 ton və ya 92,7% azalıb.


