ABŞ hakimiyyəti Texasda mal-qaraya təsir edən parazitlərə qarşı steril milçəklər yetişdirmək üçün 600 milyon dollarlıq bir müəssisə tikməyi planlaşdırır.
Aqrarpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata əsasən, steril həşəratların xüsusi olaraq yetişdirilməsi mal-qara, qoyunlara yoluxan parazitlərin yayılmasının qarşısını almağa kömək edəcək.
Qeyd olunub ki, parazitlərin geniş yayılması ABŞ kənd təsərrüfatına milyardlarla dollar ziyan vurub.


