2026-cı ilin oktyabr ayında dünya ərzaq qiymətləri sentyabr ayı ilə müqayisədə 1,2 faiz azalıb.
Aqrarpress.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) aylıq hesabatında bildirilib.
Hesabata əsasən, FAO-nun ərzaq qiymətləri indeksi oktyabrda 133,9 bənd təşkil edib. Əsas azalma taxıl məhsullarının qiymətlərində qeydə alınıb – bu göstərici 4,5 faiz geriləyib. Eyni zamanda, ət və süd məhsulları da ucuzlaşıb, bitki yağlarının qiymətləri isə 0,3 faiz, şəkərin qiymətləri 6,6 faiz artıb.
FAO 2026-cı ildə qlobal taxıl istehsalı üzrə proqnozunu əvvəlki 2,979 milyard tondan 2,999 milyard tona yüksəldib. Bununla belə, 2026–2027-ci kənd təsərrüfatı ilində dünya üzrə taxıl ticarətinin 3,3 faiz azalaraq 507,7 milyon tona düşəcəyi gözlənilir.


