Azərbaycanın bitki yağı ixracından gəliri 31% artdı

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 26,4 milyon dollar dəyərində bitki və heyvan mənşəli yağlar ixrac edilib.

Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə dəyər ifadəsində 31,5% çoxdur.

Hesabat dövründə bitki və heyvan mənşəli yağların ixracı Azərbaycanın ümumi ixracının 0,11%-ni təşkil edib.

Bənzər xəbərlər