Azərbaycan bu ilin yanvar-sentyabr aylarında 14,7 milyon dollar dəyərində 31,9 min ton qarğıdalı idxal edib.
Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə dəyər baxımından 4,4% çoxdur.
Hesabat dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,11%-ni təşkil edib.


