Azərbaycanın şəkər idxalına çəkdiyi xərc 14 milyon dollardan çox artıb

Azərbaycan bu ilin yanvar-avqust aylarında 196,9 milyon dollar dəyərində şəkər idxal edib.

Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, şəkər idxalına çəkilən xərc illik müqayisədə dəyər baxımından 14,6 milyon dollar çoxdur.

Əlavə edək ki, hesabat dövründə şəkər idxalının qeyri-neft sektorununun idxalında xüsusi çəkisi 1,72% təşkil edib.

Bənzər xəbərlər