Bu ilin yanvar-avqust aylarında Azərbaycan 76,5 milyon dollar dəyərində ət idxal edib. Bu göstərici illik müqayisədə 13,3 milyon çoxdur. Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, hesabat dövründə ölkəyə 32,6 min ton ət idxal edilib.
Bu dövrdə ət idxalı Azərbaycanın ümumi idxalının 0,67%-ni təşkil edib.


