Qlobal şəkər qiymətləri rekord həddə çatdı

Qlobal şəkər qiymətləri bu gün təxminən 2 faiz artaraq 2025-ci ilin aprel ayından bəri ən yüksək səviyyəyə çatıb.

Aqrarpress.az xəbər verir ki, bu barədə ICE Futures birjasının məlumatında deyilir.

Məlumata görə, oktyabr ayı üçün şəkər fyuçerslərinin qiyməti 1,76 faiz artaraq funt başına 18,54 sentə çatıb. Bu, 8 aprel 2025-ci ildən bəri ən yüksək səviyyədir.

Qeyd edək ki, avqustun əvvəlindən bəri şəkərin qiyməti 26,5 faiz artıb.

Bənzər xəbərlər