İqlim dəyişikliyi səbəbindən Avropa İttifaqı kənd təsərrüfatı sektorunda 2050-ci ilə qədər hər il 40 milyard avro itirə bilər.
Bu barədə Aqrarpress.az Financial Times-a istinadən xəbər verir.
Tədqiqatçıların fikrincə, mövcud ssenariyə əsasən, itkilər təxminən 28 milyard avrodan 40 milyard avroya qədər artacaq, ekstremal vəziyyətlərdə isə hətta 90 milyard avronu keçə bilər.
Məlumata görə, xüsusilə Qərbi Avropada həddindən artıq isti hava və onu müşayiət edən quraqlıq artıq Avropa fermerlərini iş üsullarını və saatlarını dəyişdirməyə məcbur edir.


