Azərbaycanın meyvə-tərəvəz idxalına çəkdiyi xərc azalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 177,6 milyon ABŞ dolları məbləğində 203 min ton meyvə-tərəvəz idxal edib.

Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə dəyər ifadəsində 0,6% azdır.

Hesabat dövründə meyvə-tərəvəz idxalı ölkənin ümumi idxalının 2,13%-ni təşkil edib.

Bənzər xəbərlər