Bu ilin yanvar-iyun aylarında Azərbaycana 132,9 milyon ABŞ dolları dəyərində buğda idxal edilib.
Aqrarpress.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan 585 min ton buğda idxal edib.
Bu göstərici illik müqayisədə dəyər baxımından isə 2,2 milyon dollar çoxdur.
Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1,59% təşkil edib.


