Bazarlarda yerli quru meyvələr niyə yoxa çıxıb? – SƏBƏB AÇIQLANDI

Bir çox bazarlarda, eləcə də quru meyvə satışı həyata keçirilən mağazalarda demək olar ki, yerli istehsal olan quru meyvələrə rast gəlinmir. Satışda əsasən xarici mənşəli məhsullar üstünlük təşkil edir və onların qiyməti yerli məhsullardan daha yüksəkdir.

Bəs maraqlıdır, yerli quru meyvələr niyə bazardan yoxa çıxıb? İstehlakçıların xarici məhsullara üstünlük verməsi bazarın formalaşmasına necə təsir göstərir?

Aqrarpress.az məlumat verir ki.İqtisadçı Günay Hüseynova Redaktor.az-a bildirib  ki, bu sahədə yerli istehsal olduqca rəqabətqabiliyyətlidir və keyfiyyətinə görə də yüksək səviyyədədir:

“İdxalın artması və istehlakçının xarici məhsullara üstünlük verməsinin bir neçə səbəbi mövcuddur. Bunlardan biri, ilk növbədə, emal texnologiyası və qablaşdırma ilə əlaqədardır. Bu, hər kəsin gündəlik ala bilmədiyi məhsul kateqoriyasıdır. Bayram süfrələri, qonaq gedərkən və digər bu kimi hallarda bu məhsullara tələbat daha çox olur. Belə hallarda istehlakçı ilk növbədə məhsulun qablaşdırılmasına və estetik görünüşünə diqqət yetirir”.

Artan işsizlik sosial və iqtisadi risklər yaradır - Günay Hüseynova

Müsahibimiz qeyd etdi ki, ölkəmizdə bu sahə əsasən kiçik sahibkarlıq subyektləri tərəfindən inkişaf etdirilir:

“Yerli məhsulların qablaşdırılması əksər hallarda istehlakçının zövqünə uyğun olmur. Buna görə də istehlakçı xarici məhsullara üstünlük verir. İkinci məsələ sahibkarların ixrac siyasəti ilə əlaqədardır. Xarici istehlakçılar əsasən qatqısız, tam təbii məhsullara üstünlük verirlər. İdxal olunan məhsullar isə cəlbedici şəkildə qablaşdırılaraq daxili bazarda satışa çıxarılır, həmçinin onların bir hissəsi üçüncü ölkələrə də ixrac edilir. Elə məhsullar da var ki, qiyməti alıcının büdcəsinə uyğundur, hərçənd keyfiyyəti tam qaneedici olmaya bilər. Lakin qablaşdırılması elə hazırlanır ki, məhsulu olduğundan daha dəyərli göstərir və vitrində alıcının diqqətini cəlb edir”.

Bənzər xəbərlər