Azərbaycanda kənd təsərrüfatı torpaqlarının konsolidasiyası ilə bağlı qaydalar müəyyən edilir

Azərbaycanda kənd təsərrüfatı torpaqları konsolidasiya ediləcək.

Aqrsrpress.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Torpaq Məcəclləsinə dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, konsolidasiya kənd təsərrüfatı torpaqlarının kiçik hissələrə parçalanması torpaq resurslarından tam istifadəni ciddi şəkildə məhdudlaşdırır. Parçalanma torpağın əkin məqsədilə istifadəsini azaldır, texnikadan səmərəli yararlanmaya maneə törədir, suvarma sistemlərinin effektiv qurulmasını çətinləşdirir, toxum, gübrə və digər aqrotexniki vasitələrdən məqsədyönlü İstifadəni zəiflədir. Bunun nəticəsində istehsal xərcləri artır, məhsuldarlıq aşağı düşür, kənd ərazilərinin sosial-iqtisadi inkişafı ləngiyir.

Bu sahəyə dair xüsusi hüquqi tənzimlənmənin olmaması isə torpaqların konsolidasiyasının ölkə miqyasında tam həyata keçirilməsinin qarşısını alır. Bu boşluğu aradan qaldırmaq məqsədilə Torpaq Məcəlləsinə yeni 13-2-ci maddə əlavə edilir.

Həmin maddə torpaqların konsolidasiyasını kənd təsərrüfatı məqsədilə torpaq sahələrinin mülkiyyətçilərin razılığı və ekvivalent bazar dəyəri əsasında birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyən edilməsi, dəyişdirilməsi nəticəsində mülkiyyət hüquqlarının yenidən rəsmiləşdirilməsi, eləcə də ehtiyacdan asılı olaraq suvarma, meliorasiya, yol, enerji və digər mühəndis-kommunikasiya infrastrukturu üzrə dəyişikliklərin həyata keçirilməsi prosesi kimi müəyyən edir.

Konsolidasiya müvafiq icra hakimiyyəti orqanının yaratdığı komissiyanın qərarı əsasında hazırlanan layihə ilə həyata keçirilir. Layihədə torpaq sahələrinin mövcud vəziyyətinin təhlili, yeni sərhəd və yerləşmə sxeminin mülkiyyətçilərlə razılaşdırılması, infrastruktur dəyişiklikləri əks etdirilir. Komissiyanın qərarı ilə təsdiq olunan bölgü sənədi daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı üçün əsas kimi çıxış edir.

Bu mexanizm konsolidasiya prosesinin şəffaf, mübahisəsiz və hüquqi cəhətdən etibarlı şəkildə başa çatdırılmasını təmin edir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bənzər xəbərlər

İqtisadi Şuranın iclası keçirilib

İyulun 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib. Aqrarpress.az bildirir ki, Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, iclasın gündəliyində birinci

Davamını oxu »