Azərbaycanın dənli bitki idxalına çəkdiyi xərc 134 milyon dollara çatır

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 133,7 milyon ABŞ dolları dəyərində dənli bitkilər idxal edilib.

Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə edilən məlumata görə, illik müqayisədə ölkəyə idxal edilən dənli bitkilərin dəyəri 0,1% azdır.

Əlavə edək ki, bu dövrdə Azərbaycana 90,5 milyon dollar dəyərində buğda idxal edilib.

Bənzər xəbərlər