Azərbaycanın düyü idxalına çəkdiyi xərc 18% azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 18 milyon ABŞ dolları dəyərində 20.4 min ton düyü idxal edib.

Bu barədə Aqrarpress.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata əsasən, bu göstərici illik müqayisədə dəyər baxımından 18,2% azdır.

Bu dövrdə düyü idxalı ölkənin ümumi idxalında 0,33% paya malik olub.

Bənzər xəbərlər