Azərbaycan Rusiyaya meyvə-tərəvəz ixracını 18% artırıb

Azərbaycan ötən il Rusiyaya 700,6 ton meyvə-tərəvəz məhsulları ixrac edib ki, bu da 2024-cü illə (594,8 ton) müqayisədə 17,8% çoxdur.

Aqrarpress.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə görüşündən sonra bildirib.

Qeyd edilib ki, 2026-cı ilin əvvəlindən bəri 155,2 min ton məhsul tədarük edilib. Bundan əlavə, Rusiyanın Azərbaycandan soğan idxalı 12,3 dəfə artaraq 22 tondan 271 tona, çiyələk 4,3 dəfə artaraq 1900 tondan 8100 tona, kartof 41,9% artaraq 4800 tondan 6700 tona və armud 37,4% artaraq 2000 tondan 2700 tona çatıb.

Bənzər xəbərlər