Hindistan şəkər ixracına qadağa qoydu

Hindistan hakimiyyəti 30 sentyabr 2026-cı ilə qədər şəkər ixracına qadağa qoyub.

Aqrarpress.az xəbər verir ki, müvafiq əmr ölkənin Xarici Ticarət Baş Direktorluğu tərəfindən dərc edilib.

“Xam şəkər, ağ şəkər və rafinə edilmiş şəkər də daxil olmaqla, şəkərin ixracı ilə bağlı siyasət dərhal qüvvəyə minməklə “məhdudlaşdırılmış” kateqoriyadan “qadağan olunmuş” kateqoriyaya dəyişdirilir və 30 sentyabr 2026-cı il tarixinədək və ya əlavə sərəncamlar verilənə qədər qüvvədə qalacaq”, – məlumatda deyilir.
Sərəncam xüsusi razılaşmalar çərçivəsində Avropa İttifaqı və ABŞ-yə ixrac edilən şəkərə şamil edilmir.

Qeyd edək ki, Hindistan Braziliyadan sonra dünyada ikinci ən böyük şəkər istehsalçısıdır.

Bənzər xəbərlər

İqtisadi Şuranın iclası keçirilib

İyulun 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib. Aqrarpress.az bildirir ki, Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, iclasın gündəliyində birinci

Davamını oxu »