Mərkəzi Aran bölgəsində kənd təsərrüfatı işləri canlanıb. Havaların isinməsi ilə əlaqədar fermerlər heyvandarlıq üçün qış tədarükünə – ot biçininə başlayıblar.
Aqrarpress.az Operativ Media-ya istinadən xəbər verir ki, hazırda sahələrdə toplanan ot bağlamalarının qiymətləri tərkibinə görə fərqlənir.
Təmiz yoncadan ibarət olan bir ot bağlaması 3 AZN-ə təklif edilir. Tərkibi müxtəlif çəmən otlarından ibarət olan qarışıq ot bağlamasının qiyməti isə 2 AZN təşkil edir.
Fermerlər bildirir ki, builki məhsuldarlıq qənaətbəxşdir və biçin prosesi sürətlə davam edir.


