Əkin torpaqlarında kolların götürülməsinə dair yeni qaydaların məqsədi açıqlanıb

Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qaydaların müəyyən edilməsi fermerlərin müraciəti əsasında hazırlanıb.

Aqrarpress.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq şöbəsinin müdiri Aynurə Kərimova Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Yaşıllıqların mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zaman deyib.

O qeyd edib ki, kolların götürülməsi əkin sahələrinin məhsuldarlığının imkan verəcək. Şöbə müdiri həmçinin qeyd edib ki, yeni qayda eyni zamanda tərəfdən ərzaq təhlükəsizliyi baxımından vacib əhəmiyyət daşıyır.

Layihəyə əsasən, məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar kənd təsərrüfatı fəaliyyətinə mane olduqda yaşıllıqların götürülməsinə yol veriləcək. Bu halda yaşıllıqların götürülməsi (kəsilməsi) ağaclara münasibətdə onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilməlidir.

Layihəyə əsasən, bu halda kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyəri ödənilməyəcək.

Kolların kəsilməsi ilə bağlı isə məlumatlandırma icraatı həyata keçirilməlidir.

Bənzər xəbərlər