Azərbaycan xarici ölkələrdən 44 milyon dollarlıq bitki yağı alıb

Bu ilin birinci rübündə Azərbaycan 44 milyon dollar dəyərində bitki və heyvan mənşəli yağlar idxal edib.

Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə dəyər ifadəsində 5,4% çoxdur.

Hesabat dövründə bitki və heyvan mənşəli yağların idxalı Azərbaycanın ümumi idxalının 1,10%-ni təşkil edib.

Bənzər xəbərlər