Naxçıvanda heyvanların identikləşdirilməsi yarım milyona başa gələcək

Naxçıvanda iri və xırdabuynuzlu heyvanların identifikasiya üçün birkalanmasına başlanılır.

Bu barədə Aqrarpress.az Naxçıvan Qida Təhlükəsizliyi İnstitutundan (AQTİ) məlumat əldə edib.

Məlumata görə, iri və xırdabuynuzlu heyvanların identifikasiya üçün istifadə olunacaq birkalar, çiplər və digər məhsullar sifariş olunub.

Sifarişə iribuynuzlu heyvanların identikləşdirilməsi üçün 75 min cüt vizual birka, xırdabuynuzlu heyvanların identikləşdirilməsi üçün isə 500 min cüt birka və digər zəruri məhsullar daxildir.

Beləliklə, bağlanılmış müqaviləyə əsasən, Naxçıvanda iri və xırdabuynuzlu heyvanların identifikasiya 481 390 manata başa gələcək.

Xatırladaq ki, Naxçıvanda iri və xırdabuynuzlu heyvanların identifikasiya üçün birkalanması ilə bağlı hazırlıqlara ötən ildən başlanılıb.

Bənzər xəbərlər