Torpaqlarımızın işğal altında qalması kənd təsərrüfatına böyük ziyan vurub – Komitə sədri

Azərbaycan torpaqlarının uzun illər işğal altında qalması kənd təsərrüfatı sahəsinə böyük ziyan vurub.

Aqrarpress.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı komitə sədri Tahir Rzayev deyib.

O qeyd edib ki, Azərbaycan torpaqları 30 il düşmən tapdağı altında qalıb:

“Bu illər ərzində kənd təsərrüfatına böyük ziyan dəyib. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası istiqamətində sürətli işlər görülüb. Son illərdə həmin ərazilərin bərpasına 25 milyard manata yaxın vəsait sərf olunmuşdur.

Bənzər xəbərlər