Ötən ay Azərbaycandan 79,6 milyon ABŞ dolları məbləğində 60,6 min ton meyvə-tərəvəz ixrac edilib.
Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə dəyər ifadəsində 31,7% çoxdur.
Hesabat dövründə meyvə-tərəvəz ixracı ölkənin ümumi ixracının 3,56%-ni təşkil edib.


