Ötən ay Azərbaycan 14,8 milyon dollar dəyərində bitki və heyvan mənşəli yağlar idxal edib.
Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə dəyər ifadəsində 11% çoxdur.
Hesabat dövründə bitki və heyvan mənşəli yağların idxalı Azərbaycanın ümumi idxalının 1,14%-ni təşkil edib.


