Laçın rayonunda Kənd Təsərrüfatı Nazirliyi üçün ayrılmış mövcud inzibati bina əsaslı təmir olunacaq.
Bu barədə Aqrarpress.az nazirlikdən məlumat əldə edib.
Məlumata görə, ilkin mərhələdə təmir işlərinin layihəsi hazırlanacaq.
Nazirlik bununla bağlı “Void Architecture” şirkəti ilə müqavilə bağlayıb.


