Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.

Aqrarpress.az bildirir ki. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Almaniya arasında mövcud ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Siyasi dialoqun yüksək səviyyədə davam etdirilməsinin əhəmiyyəti vurğulanaraq, qarşılıqlı səfərlərin və beynəlxalq platformalar çərçivəsində görüşlərin əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verdiyi qeyd edilib.

İqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, nəqliyyat və logistika, eləcə də mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələrinin Avropanın enerji təhlükəsizliyinə və regionda dayanıqlı inkişafın təmin olunmasına verdiyi töhfə diqqətə çatdırılıb. Bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq və “yaşıl keçid” istiqamətində birgə layihələrin, Mərkəzi Asiya daxil olmaqla geniş bölgədə səylərin perspektivləri nəzərdən keçirilib.

Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətlərin əhəmiyyətinə toxunularaq, çoxtərəfli platformalarda bir-birinin legitim maraqlarına hörmət və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın və dəstəyin davam etdirilməsindən məmnunluq ifadə olunub.

Postmünaqişə dövründə regionda mövcud vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi və tarixi Vaşinqton Zirvəsindən sonra bölgədə de-fakto sülhün və ilkin əməkdaşlığın təmin edilməsi istiqamətində Azərbaycanın atdığı addımlar barədə qarşı tərəfə məlumat verilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »