Türk ekspert: COP31 Ankaranın iqlim diplomatiyası sahəsində mövqelərini gücləndirəcək

Diplomatik təsir vasitələri, ətraf mühit gündəliyi və ictimai resurslarının səfərbər edilməsi Türkiyənin iqlim böhranı ilə mübarizədə əhəmiyyətli bir oyunçuya çevrilməsinə imkan verəcək. Noyabr 9-20-də Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 31-ci sessiyası (COP31) bu yolda mühüm mərhələ olacaq.

Aqrarpress. az  AZƏRTACA istinadən  xəbər verir ki, bu fikri Ankaranın Hacı Bayram Vəli Universitetinin dosenti Levent Ersin Orallı “STAR” qəzetinə bildirib.

Ekspert xatırladıb ki, COP31 liderlərinin sammiti İstanbulda keçiriləcək, əsas müzakirə proqramı isə Antalyada təşkil olunacaq və bu, Türkiyəni qlobal iqlim diplomatiyasının mərkəzinə çevirəcək.

“Türkiyədə iqlim sammitinin keçirilməsi barədə qərar Ankaranın konstruktiv beynəlxalq təşəbbüslərinin və iqlim sektorundakı addımlarının nəticəsidir. Türkiyə bir tərəfdən Paris İqlim Sazişini təsdiqləyib və 2053-cü ilə qədər sıfır emissiyaya nail olmaq məqsədini elan edib; digər tərəfdən isə yaşıl inkişaf konsepsiyasını sənaye, enerji və şəhərsalma sahəsinə inteqrasiya edib”, – deyə Orallı qeyd edib.

O, Türkiyə Prezidentinin həyat yoldaşı Əminə Ərdoğanın himayəsi ilə həyata keçirilən “Sıfır tullantı” layihəsinin qlobal səviyyədə tanınmasına da diqqət çəkib. “Bu təşəbbüs BMT səviyyəsində də dəstək alıb. “Sıfır tullantı” layihəsi istixana qazı tullantılarının azaldılmasına dair addımların müzakirəsinə əhəmiyyətli töhfə verməyə davam edir”, – deyə ekspert COP31-in Ankaranın iqlim diplomatiyası sahəsində mövqelərini gücləndirəcəyinə əminliyini ifadə edir.

Onun sözlərinə görə, COP31 çərçivəsində ikihəftəlik müzakirələr Türkiyə üçün uzunmüddətli islahatlarını təqdim etmək üçün bir fürsət olacaq. “İstanbul və Antalyada razılaşdırılmış ətraf mühit sahəsindəki hər bir addım Türkiyənin iqlim ədalətinə nail olmaqda verdiyi töhfəni, Ankaranın yaşıl maliyyələşdirməyə və davamlı inkişafa sadiqliyini dünyaya nümayiş etdirəcək”, – deyə ekspert əlavə edib.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »