Su təchizatı sektorunda ciddi qanun pozuntuları aşkarlandı

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2025-ci ildə təbii inhisar subyektləri ilə bağlı rəqabət qanunvericiliyinin pozulması hallarının araşdırılması çərçivəsində Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən “Regional Su Meliorasiya Xidməti” PHŞ-də apardığı yoxlamanın nəticələrini açıqlayıb.

Aqrarpress.az Dövlət Agentliyinə istinadən xəbər verir ki, araşdırma daxil olmuş vətəndaş müraciətləri əsasında başladılıb.

Yoxlama zamanı istehlakçıların mənafeyinə mənfi təsir göstərə biləcək hərəkətlər, məhsulların istehsalı və satışı prosesində mümkün pozuntular, eləcə də təbii inhisar subyektinin şəbəkələrinə qoşulma və ya təqdim olunan xidmət həcminin artırılması ilə bağlı normativ hüquqi aktlarda nəzərdə tutulmayan qaydaların tətbiqi halları araşdırılıb.

Bununla yanaşı, su təchizatı sahəsində tariflərin düzgün tətbiq edilməməsi ilə bağlı rəqabət qanunvericiliyinin pozulması ehtimalları da yoxlanılıb.

Araşdırmanın nəticələrinə əsasən, rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyindən təbii inhisar subyekti barəsində iş qaldırılıb.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »