Naxçıvanın Kənd Təsərrüfatı Nazirliyinin Əsasnaməsi dəyişib

Naxçıvan Muxtar Respublikasında (MR) balıqçılıq və akvakultura sahələrinin inkişafı məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Əsasnaməsinə dəyişiklik edilib.

Aqrarpress.az xəbər verir ki, bununla bağlı Naxçıvan MR-in Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb.

Dəyişikliklərə əsasən, əsasnaməyə balıqçılıq və akvakultura sahəsində idarəetmə və nəzarət mexanizmlərini genişləndirən yeni yarımbəndlər əlavə edilib.

Belə ki, nazirlik bundan sonra şəhərlərdə balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün torpaq sahələrinin ayrılmasına razılıq verəcək və torpaqların kateqoriyalar üzrə dəyişdirilməsinə rəy bildirəcək.

Eyni zamanda KTN balıqçılıq subyektlərinin uçotunu aparacaq, qanunvericiliyin pozulması hallarında qiymətli balıq növləri üçün üstün mühafizə rejimi müəyyən edəcək, həmçinin daxili sularda su bioresurslarının istismar həcmini və elmi əsaslandırılmış rejimini müəyyənləşdirəcək.

Bundan başqa, dövlət qurumu akvakultura əmtəə balıqçılığının yaradılması üçün tədbirlər görəcək, ixtisaslaşmış balıq bazarlarının yerləşmə sxemini aidiyyəti qurumlarla razılaşdıracaq, dövlət sifarişi əsasında akvakultura təsərrüfatlarında balıq və digər su bioresurslarının artırılması, bərpası və iqlimləşdirilməsi ilə bağlı müqavilələr bağlayacaq.

Nazirlik həmçinin balıqçılıq su obyektlərinin monitorinqi, kadastrı və meliorasiyası işlərini həyata keçirəcək, qiymətli balıq növlərinin artırılması istiqamətində tədbirlər görəcək, akvakultura subyektləri üçün bioloji və texnoloji əsaslandırmanı qeydiyyata alacaq və müvafiq şəhadətnamə verəcək.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »