ABŞ şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya yatırmaqda maraqlıdırlar

ABŞ-ın Ticarət Palatasının Azərbaycana biznes missiyası çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədovun iştirakı ilə dəyirmi masa keçirilib. Dəyirmi masada kənd təsərrüfatı, əlverişli biznes mühiti, aqrar sektora investisiya imkanları, dövlət dəstəyi mexanizmləri, kənd təsərrüfatının əsas istiqamətləri və digər mövzularda əməkdaşlıq məsələləri müzakirə olunub.

Aqrarpress.az qeyd  edir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazir Məcnun Məmmədov Azərbaycan və ABŞ-ın aqrar sahədə əməkdaşlıq münasibətlərinin strateji əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, dövlət başçılarının siyasi iradəsi sayəsində Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu isə müxtəlif sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Dəyirmi masa iştirakçılarına kənd təsərrüfatında dinamik inkişaf tempi, əsas inkişaf istiqamətləri və prioritetlər, dövlət dəstəyi mexanizmləri, həyata keçirilən dövlət proqramları, aqrar sahədə rəqəmsallaşma səviyyəsi, süni intellektin tətbiqi barədə geniş məlumat verən nazir elmi tədqiqatlar, aqrar təhsil, bitkiçilik, heyvandarlıq, balıqçılıq və akvakultura, innovativ texnologiyaların tətbiqi və digər sahələrdə əməkdaşlıq perspektivlərinin olduğunu deyib.

Görüşdə iştirak edən ABŞ şirkətlərinin nümayəndələri Azərbaycanda makroiqtisadi sabitlik və əlverişli investisiya mühitinin olduğunu xüsusi vurğulayaraq, ölkəmizdə biznes və sərmayə üçün gözəl imkanlar yaradıldığını bildiriblər. Qeyd olunub ki, ABŞ Azərbaycanla bütün istiqamətlərdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və keçirilən müzakirələr bu əməkdaşlıq üçün geniş imkanların olduğunu göstərir.

Dəyirmi masada aparılan müzakirələr zamanı aqrar sektorun inkişafında müasir innovasiyaların rolu, texnologiya transferi, startap ekosisteminin genişləndirilməsi, süni intellektin uğurla tətbiqi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, gerçəkləşdirilməkdə olan layihələr barədə məlumatlar verilib, ABŞ şirkətlərini maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, ABŞ Ticarət Palatasının Azərbaycana biznes missiyasının tərkibinə Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, həmçinin “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Wabtec”, “Baker Hughes”, “BP”, “Boeing Global”, “Honeywell”, “J.P. Morgan”, “Lummus Technology”, “Marriott”, “Mastercard”, “Shell International”, “Azerbaijan Coca-Cola Bottlers” MMC və “Motorola Solutions” şirkətlərinin rəhbər şəxsləri daxildir.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »