Bakıda Orta Dəhlizin Avropa-Asiya ticarətindəki rolu müzakirə olunub

Bakıda Almaniya-Azərbaycan Xarici Ticarət Palatası nümayəndələrinin Polşanın Azərbaycandakı səfiri Pavel Radomski ilə Azərbaycan bazarındakı mövcud vəziyyətə və Avropa ilə əlaqələrin əsas məsələlərinə həsr olunmuş görüşü keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya-Azərbaycan Xarici Ticarət Palatası məlumat yayıb.

“Biz Polşanın Azərbaycandakı səfiri Pavel Radomski və Polşa diplomatik missiyasının nümayəndəsi Artur Podlesnı ilə bazardakı dəyişikliklər, regional imkanlar və ümumi biznes prioritetləri barədə fikir mübadiləsi apardıq”, – məlumatda bildirilib.

Tərəflər Almaniya və Avropadakı iqtisadi tendensiyaları, Azərbaycanda Avropa şirkətləri üçün imkanları, həmçinin energetika, infrastruktur və logistika daxil olmaqla əsas sektorlarda əməkdaşlıq potensialını müzakirə ediblər.

Orta Dəhlizin regional əlaqəlilik və Avropa-Asiya ticarəti üçün strateji əhəmiyyətinə, eləcə də 2026-cı ilin oktyabrına planlaşdırılan ixracın maliyyələşdirilməsi üzrə Almaniya-Azərbaycan Konfransının ilkin perspektivlərinə xüsusi diqqət yetirilib.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »