““Aqrar Tədarük və Təchizat” ASC ISO 9001:2015 beynəlxalq sertifikatı ilə təltif olunub

 

“Aqrar Tədarük və Təchizat” ASC-nin Keyfiyyəti İdarəetmə Sistemi ISO 9001:2015 beynəlxalq standartının tələblərinə tam uyğunluğunu təsdiqləyib. Bir neçə ay davam edən yenilənmə və təkmilləşdirmə prosesi nəticəsində Cəmiyyətin fəaliyyəti beynəlxalq keyfiyyət standartları çərçivəsində uğurla sertifikatlaşdırılıb.

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin (AzStandard) İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması Orqanı tərəfindən aparılan iki mərhələli auditin nəticələrinə əsasən, dövlət büdcəsi vəsaitləri hesabına ərzaq məhsullarının mərkəzləşdirilmiş satınalınmasının təmin edilməsi, yarmarkaların təşkili xidmətləri, aqrar sahədə layihələrin icrası ISO 9001:2015 tələblərinə tam əməl etdiyi müəyyən edilib. Qeyd edək ki, ISO 9001:2015 beynəlxalq standartına uyğunluq sertifikatı “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadəyə rəsmi şəkildə təqdim edilib. Sonda xatirə fotosu çəkilib.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »