Bakının rayonlarında torpaq sahəsi kəskin bahalaşıb – Qiymət cədvəli

Bakının bütün rayonlarında ötən il torpaq sahəsinin qiymətlərində artım qeydə alınıb.

Aqrarpress.az xəbər verir ki, bu barədə “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinindən yurd.media-ya bildirilib.

Qeyd edilib ki, ən böyük artım Səbail və Yasamal rayonlarında qeydə alınıb – 37 faizə yaxın. Nəsimi və Nizami rayonlarında torpaq qiyməti bir il əvvələ nisbətən ¼ dəfə, Nərimanov rayonunda isə 1/5 dəfə qalxıb. Ən  zəif bahalaşma Qaradağ rayonunda olub – 7 faizdən biraz çox.

Hazırda Bakıda ən bahalı torpaq sahəsi Səbail rayonundadır – sotu təxminən 442 min manat, ən ucuz torpaq sahəsini isə Pirallahı rayonunda almaq olar – sotu 10 min manata.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »