Yanvarın 8-nə olan hava proqnozu

Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

 

Aqrarpress.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 2-4, gündüz 8-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-70 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »