Azərbaycanda bir sıra tütün şirkətləri borca düşüb – SİYAHI

Bu barədə Aqrarpress.az kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.

Belə ki, “Elvin Tobacco MMC”nin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hazırda 1 581 886.31 manat vergi borcu mövcuddur. 2017-ci ildə dövlət qeydiyyatına alınmış bu şirkətin qanuni təmsilçisi Həşim Cəfərovdur.

“Premium Tobacco”nun Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 52 562.01 manat borcu mövcuddur. 2023-cü ildə dövlət qeydiyyatına alınmış bu şirkətin qanuni təmsilçisi İbrahim Aslanovdur.

Bundan əlavə, Ruslan Məmmədquliyevə məxsus “Tobacco 2024” və “Tobacco CC 2025” şirkətlərinin də müvafiq olaraq 24 702.93 manat və 4 684.52 manat vergi borcu vardır.

Məlumat üçün onu da bildirək ki, son iki ildə milyonlarla manat vergi borcu yığılmış Naxçıvanda tütün məmulatlarının istehsalı və satışı ilə məşğul olan “Cahan Tabak Beynəlxalq” MMC-nin isə hazırda heç bir vergi borcu mövcud deyil. Ötən ay şirkətin Naxçıvan Şəhər Vergilər İdarəsinə vergi borcu 790 936.31 manat borcu olub. Şirkətin 2024-cü ildə isə dövlət qarşısında borcunun miqdarı 10 561 321 manata çatıb.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »