“Aİ-92” ilə “Aİ-95″i qarışdırmaq olar?

“Aİ-92” və “Aİ-95” markalı benzinləri qarışdırmaq avtomobil sürücüləri arasında ən çox müzakirə olunan mövzulardan biridir.

Aqrarpress.az xəbər verir ki, fərqli oktanlı yanacaqların bir-birinə qatılması texniki cəhətdən mümkün olsa da, lakin bunun daimi vərdişə çevirmək olmaz. Hər bir avtomobilin mühərriki zavod tərəfindən konkret bir benzin növü üçün hazırlanır.

Bu iki yanacağı qarışdırdıqda mühərrik dayanmır və maşın hərəkət edir, lakin yanacağın keyfiyyəti dəyişir. Əgər avtomobilinizin kitabçasında “yalnız 95 tökün” yazılıbsa, onu “92” ilə qarışdırmaq mühərrikin gücünü azaldır və daxildə kiçik partlayışlara (detonasiyaya) səbəb olur. Bu isə zamanla mühərrikin detallarını sıradan çıxarır. Amma köhnə model maşınlara yüksək keyfiyyətli benzin qatmağın heç bir qorxusu yoxdur, sadəcə bu, sürücü üçün əlavə xərc deməkdir.

Vurğulanır ki, yolda qaldığınız fərqli vəziyyətlərdə və ya çarəsiz qaldıqda bu iki benzini qarışdırmaq olar, bununla maşın xarab olmaz. Lakin mühərrikin uzunömürlü olması üçün zavodun tələb etdiyi yanacaqdan istifadə etmək ən təhlükəsiz yoldur. Çünki müntəzəm olaraq fərqli benzinləri qarışdırmaq yanacaq sisteminin təmizliyini pozur və gələcəkdə baha başa gələn təmirlərə yol açır.

Qeyd edək ki, sürücülərə hər zaman eyni yanacaq növündən və etibarlı yanacaqdoldurma məntəqələrindən istifadə etmək tövsiyə olunur.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »