BYD elektrik avtomobillərinin istehsalına görə dünya liderliyinə yüksəlib

Çinin avtomobil istehsalçısı BYD elektrik avtomobillərinin istehsalına görə ABŞ-ı ötərək dünya liderliyinə yüksəlib.

Aqrarpress.az xəbər verir ki, 2025-ci ildə BYD-nin elektromobil istehsalı əvvəlki illə müqayisədə 28 faiz çoxalaraq 2,26 milyon ədəd təşkil edib. Teslanın satışı isə təxminən 9 faiz azalaraq 1,64 milyon ədədə düşüb. Bu nəticə ilə BYD tarixdə ilk dəfə dünyanın ən böyük elektromobil istehsalçısı ünvanına yiyələnib.

BYD-nin açıqlamasında deyilir ki, ötən il şirkətin Avropa, Cənub-şərqi Asiya və Yaxın Şərq bazarlarında satışı çoxalıb. Belə ki, BYD ötən il xaricdə rekord sayda – 1 milyondan çox elektromobil satıb. Bu da əvvəlki illə müqayisədə 150 faiz çoxdur.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »