Bakı-Şamaxı yolu buz bağlayıb

Gecə saatlarından bölgəyə yağmağa başlayan qar yollarda çətinlik yaradıb.

Aqrarpress.az-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında havanın qarlı və çovğunlu keçməsi səbəbindən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində buzlaşma yaranıb. Nəticədə avtomobillərin hərəkəti qismən məhdudlaşıb, bir neçə nəqliyyat vasitəsi sürüşərək yoldan çıxıb.

Qarlı hava şəraiti ilə əlaqədar Bakı–Şamaxı avtomobil yolunda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparırlar. Digər aidiyyəti qurumların əməkdaşları ilə birgə yol örtüyü və yol nişanları qardan və buzdan təmizlənir, qum və duz səpilir.

Sürücülərin mənzil başına təhlükəsiz şəkildə çatmalarını təmin etmək məqsədilə zəruri tədbirlər davam etdirilir.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »