Bayrama görə pul kimə, necə veriləcək? – Dəqiq izah

Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” imzaladığı sərəncam bir daha təsdiq edir ki, dövlətin sosial siyasətində əsas prioritet vətəndaşların rifahının yüksəldilməsi və sosial təminat mexanizmlərinin daha da gücləndirilməsidir.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.

O, sərəncamın icrası ilə bağlı ünvanlanan vacib sualları bu cür cavablandırıb:

– Kimlərə yardımlar ödəniləcək?

– Sərəncam hazırda aktiv ünvanlı sosial yardım alan ailələlərə şamil olunacaq. Yəni hazırda sözgüdən proqramın iştirakçısı olanlar həmin yardımı almaq imkanına malik olacaqlar. Bu isə o deməkdir ki, yardımlar 76 min ailəyə şamil olunacaq.

– Yardımlar necə ödəniləcək?

– Yardımların alınması üçün hər hansı yeni karta ehtiyac yoxdur. Ünvanlı sosial yardım alan ailələrin mövcud kartlarına pulun ödənilməsi həyata keçiriləcək.

– Yardımların alınması üçün hara müraciət etməli?

– Yardımların təyinatı və ödənilməsi proaktivdir. Bu o deməkdir ki, mövcud elektron baza əsasında yardımların kartlara ödənilməsi reallaşacaq.

– Digər sosial proqramlarda iştirak edənlər bu yardımı ala bilərlərmi?

– 200 manatlıq birdəfəlik maddi yardım yalnız ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil olunur.

– Ünvanlı sosial yardıma müraciət edən, amma hələlik yardım təyin olunmayan ailələrə 200 manat ödəniləcəkmi?

– 200 manatlıq birdəfəlik maddi yardım ünvanlı dövlət sosial yardımı artıq təyin olunmuş ailələrə şamil olunur.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »