Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 317,4 milyon ABŞ dolları dəyərində dənli bitkilər idxal edilib.
Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə edilən məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən dənli bitkilərin dəyəri 6% azalıb.
Əlavə edək ki, bu dövrdə Azərbaycana 244,6 milyon dollar dəyərində buğda idxal edilib.


