Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq – Ekspert

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir.

Bu sözləri  hərbi ekspert Üzeyir Cəfərov hərbi xidmət müddətinin azaldılması ilə bağlı müzakirələrdən danışarkən deyib.

Ekspert bildirib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra hərbi xidmətlə bağlı bir sıra məsələlərə yenidən baxılması qaçılmaz idi:

“Biz ərazi bütövlüyümüzü təmin etdikdən sonra hərbi xidmət müddətinin azaldılması məsələsinə müraciət etməyə başlamışıq. Mən bu yanaşmanı müsbət qiymətləndirirəm və hesab edirəm ki, onsuz da biz buna gələcəyik. Bəziləri deyir ki, sülh müqaviləsi imzalanmayıb, bu necə olacaq? Mən düşünmürəm ki, burada narahatlıq üçün əsas var. Hərbi xidmət müddəti azaldılmalıdır”.

Üzeyir Cəfərov qeyd edib ki, bu məsələdə qardaş Türkiyənin təcrübəsindən istifadə olunması və alternativ xidmət haqqında qanunun qəbul edilməsi vacibdir:

“Alternativ xidmət haqqında qanunun qəbulu həm Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəlikdir, həm də zərurətdir. Hərbi xidmətlə həyatını bağlamaq istəyənlər onsuz da bu sahədə qalırlar. Digər sahələrə – elmə, mədəniyyətə və ya fərqli istiqamətlərə üstünlük verən insanlar isə özlərini orada reallaşdırmalıdırlar”.

Ekspert vurğulayıb ki, hərbi xidmət müddətinin azaldılması artıq ictimai sifarişdir və bu məsələ Milli Məclisin müvafiq komitələrində müzakirə olunur:

“İctimaiyyətdən gələn tələb var və deputatlar bunu Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsində müzakirə edirlər. Təbii ki, plenar iclasa çıxarılması üçün qoşun birləşmələrinin, güc strukturlarının, ictimaiyyət və QHT nümayəndələrinin iştirakı ilə geniş müzakirələr aparılmalıdır. Bu real mexanizmə çevriləcək”.

Üzeyir Cəfərov əlavə edib ki, regionda və dünyada baş verən proseslər hərbi xidmət modelinə yenidən baxılmasını zəruri edir:

“Mövcud təhlükəsizlik mühiti hərbi xidmət müddətinin azaldılmasını zəruri edir. Sadəcə, hərbi xidmətin digər komponentləri elə qurulmalıdır ki, gələcəkdə regionda baş verə biləcək hadisələr ordunun hazırlığına mənfi təsir göstərməsin”.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »