Şamaxının yeni baş planının hazırlanmasına başlanılıb

Şamaxı şəhərinin yeni baş planını hazırlayacaq şirkət müəyyənləşib.

Bu barədə Aqrarpress.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat əldə edib.

Məlumata görə, şəhərin yeni baş planı Dövlət Komitəsinin sifarişi ilə “Integris” şirkəti tərəfindən hazırlanacaq.

Komitə ilə şirkət arasında bununla bağlı müqavilə imzalanıb.

Müqaviləyə əsasən, şəhərin yeni baş planının hazırlanmasına 785 min 420 manat sərf olunacaq.

Qeyd edək ki, “Integris” şirkəti 2006-cı ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Ceyhun Zeynalovdur.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »