Ölkəmizin bu gün sabitlik və təhlükəsizlik adası olmasının səbəbkarı məhz Dövlət Başçımızdır – Pərvanə Vəliyeva

Ölkəmizin bu gün sabitlik və təhlükəsizlik adası olmasının səbəbkarı məhz Dövlət Başçımız, onun apardığı uğurlu daxili və xarici siyasət kursudur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onilliklərlə davam edən işğal faktına son qoymuş, beynəlxalq hüququn normalarına əsaslanaraq, dövlətimizin suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməklə, regionda yeni reallıq yaratmışdır. Cəmi 44 günə tarixi Zəfər əldə edən Ali Baş Komandan uğurlu diplomatik səyləri nəticəsində sülhü də qazanmışdır. Ölkəmiz artıq təkcə Cənubi Qafqazın öncül ölkəsi deyil, həm də Mərkəzi Asiya+Cənubi Qafqaz regionunda qüdrətli dövlətə çevrilib. Ölkəmiz bu gün Müstəqil və milli maraqlara əsaslanan prakmatik siyasət yürüdən, beynəlxalq birlik tərəfindən hesablaşılan güclü ölkədir.

Dövlət idarəçiliyinin təkmilləşdirilməsi və institusional islahatların aparılması, sosial rifahın artırılması və əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, regionların sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi, infrastruktur layihələrinin genişləndirilməsi (yollar, enerji, su və sosial obyektlər) və sair bu kimi prioritetlərin həyata keçirilməsi Prezident İlham Əliyevin daxili siyasətinin əsas istiqamətləridir. Onun rəhbərliyi dövründə ölkədə bir sıra inzibati və struktur islahatları aparılmış, elektron hökumət və rəqəmsal xidmətlər genişləndirilmişdir.

İlham Əliyevin iqtisadi siyasəti neft-qaz gəlirlərinin səmərəli idarə olunması və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmişdir. Neft Fondunun fəaliyyəti, qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı, sənaye parkları və ixracın təşviqi bu siyasətin əsas komponentləridir. Azərbaycanın beynəlxalq enerji layihələrində iştirakı, o cümlədən regional enerji və nəqliyyat dəhlizlərinin formalaşdırılması ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artırmışdır.

Prezident İlham Əliyev Silahlı Qüvvələrin modernləşdirilməsinə və müdafiə qabiliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirmişdir. Onun Ali Baş Komandan kimi fəaliyyəti dövründə hərbi islahatlar aparılmış, ordu maddi-texniki baxımdan gücləndirilmişdir. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə Ali Baş Komandan kimi hərbi əməliyyatlara ali səviyyədə rəhbərlik etmiş, ordunun maddi-texniki bazasının gücləndirilməsini, müasir silah və texnologiyalarla təchizatı, peşəkar hərbi kadrların hazırlanmasını və hərbi idarəetmə sisteminin təkmilləşdirilməsini təmin etmişdir. Müharibə zamanı aparılan əməliyyatlar planlı, mərhələli və yüksək koordinasiya ilə həyata keçirilmişdir.

Prezident İlham Əliyev 44 gün ərzində yalnız hərbi və siyasi lider deyil, eyni zamanda informasiya müharibəsinin əsas siması kimi çıxış etmişdir. Onun dəqiq, ardıcıl və faktlara əsaslanan açıqlamaları dezinformasiyaların qarşısını almış, Azərbaycanın haqlı mövqeyini beynəlxalq auditoriyaya çatdırmış, ictimaiyyətin düzgün məlumatlandırılmasını təmin etmişdir.

Ölkə Başçısı İlham Əliyev təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinin inkişafını dövlət siyasətinin prioritet istiqamətləri sırasında saxlamışdır. Mədəni irsin qorunması, beynəlxalq idman yarışlarının təşkili və gənclər siyasəti bu sahədə görülən işlərin əsas istiqamətlərindəndir.

Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan Respublikasının müasir inkişaf mərhələsi ilə sıx bağlıdır. Onun rəhbərliyi dövründə ölkədə siyasi sabitliyin qorunması, iqtisadi inkişafın təmin edilməsi və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilmişdir. İlham Əliyev Azərbaycan dövlətçiliyinin davamlılığı və strateji maraqlarının təmin olunması baxımından mühüm rol oynayan siyasi liderdir.

Milli Məclisin deputatı

Pərvanə Vəliyeva

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »