Meyvələrdəki fruktoza orqanizm üçün nə qədər təhlükəlidir?

Həddən artıq fruktoza qaraciyər üçün təhlükəlidir. İçkilər və ya fruktoza tərkibli qidalar qaraciyəri zədələnmədən qorumaq üçün mədə-bağırsaq sistemini və ya bağırsaqları aktivləşdirir. Şəkər bu orqana çatmadan əvvəl parçalanır.

Aqrarpress.az Medicina.az-a istinadən xəbər verir ki, bu tapıntılar Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbinin alimləri tərəfindən yeni elmi araşdırmada əldə olunub.

Amma əgər qısa müddət ərzində həddindən artıq fruktoza qəbul olunarsa, “sızmalara” səbəb ola bilər. Nəticədə fruktoza qaraciyərə keçib, piylənməyə səbəb olur.

Tədqiqatlar göstərir ki, həddindən artıq fruktoza qəbulu qaraciyər üçün zəhərli ola bilər. Orqanizmə çox miqdarda fruktoza daxil olduqda, artıq hissəsi yağ əmələ gətirmək üçün istifadə olunur. Nəticədə, həddindən artıq fruktoza qəbul edən insanlarda alkoqolsuz yağlı qaraciyər xəstəliyi inkişaf edə bilər.

Alimlər həmçinin aşkar ediblər ki, içkilərdə fruktoza qəbul etmək tam bir yemək qəbul etməkdən daha təhlükəlidir. Fruktoza tərkibli tək böyük yemək, 45 dəqiqə ərzində kiçik porsiyalarla yeməklə müqayisədə əlavə risk yaradır.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »