Azərbaycana 103 milyon dollarlıq ət idxal olunub

Cari ilin yanvar-noyabr aylarında ölkəyə 103 milyon 15 min dollar dəyərində 43 min 54 ton ət idxal edilib.

Aqrarpress.az rəsmi statistikaya istinadən xəbər verir ki, 2024-cü ilin ilk 11 ayı ərzində Azərbaycana 116 milyon 989 min dollar dəyərində 53 min 337 ton ət idxal olunmuşdu. Bu isə o deməkdir ki, 2025-ci ildə ət idxalının həm dəyər, həm də həcm baxımından azaldığı müşahidə olunur.

2025-ci ilin yanvar-oktyabr aylarında ətdən, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və digər su onurğasızlarından hazırlanmış məhsullar üzrə idxal 45 milyon 185.93 min dollar, ixrac isə 2 milyon 408.65 min dollar təşkil edib.

11 ay ərzində Azərbaycana xarici ölkələrdən yeyinti məhsullarının idxalı 2 milyard 334 milyon 942 min ABŞ dolları təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən 11 faiz çoxdur.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »