Rəsul Quliyev Bilgəhdəki torpaq sahəsini 5 milyon manata satıb

Sabiq spiker Rəsul Quliyev Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şosesində yerləşən torpaq sahəsini satıb.

Aqrarpress.az Teleqraf-a istinadən xəbər verir ki, torpaq sahəsi 5 milyon manata alınıb.

Satış əməliyyatı bu ayın əvvəlində baş tutub.

Xatırladaq ki, sözügedən ünvandakı torpaq sahəsi və Rəsul Quliyevə məxsus digər əmlaklarla bağlı uzun müddət sabiq deputat, Şeyxülislam Allahşükür Paşazadənin qudası Qalib Salahzadə ilə məhkəmə çəkişməsi aparılıb. Həmin məhkəmə prosesi səbəbindən Rəsul Quliyev torpaq sahəsini uzun müddət sata bilmirdi.

Onu da qeyd edək ki, Rəsul Quliyev 1996-cı ildən ABŞ-də yaşayır. Onun ailə üzvləri 30 ildən sonra oktyabrın sonlarında Bakıya gəliblər. Bu barədə Rəsul Quliyevin qızı Xanım Hənna sosial şəbəkə hesabında paylaşım edib.

Bənzər xəbərlər

Torpağın özəlləşdirilməsi ilə bağlı yeni təklif”Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və ya kimsə biznes obyekti inşa edib, sonra da onu özəlləşdirmək istəyir. Təbii ki, əvvəlcə torpağın kateqoriyası dəyişdirilməlidir, daha sonra özəlləşdirilməlidir”. İqtisadiyyat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə üç hava limanı tikilib: “Yenilərinin tikilməsi Azərbaycanın digər ərazilərində nəzərdə tutulur. Xüsusilə nəqliyyat dəhlizlərinin açılması fonunda yeni dəniz limanlarının salınmasına ehtiyac var. Belə olan halda yenə hansısa mülkiyyətçi öz mülkiyyətini olmazın qiymətinə dövlətə təklif etməsin. Əgər bu dövlətin zərurətidirsə, ehtiyacı varsa, dövlət burada Azərbaycanın gələcəyi üçün işlər görürsə, bu, dövlətin müəyyən etdiyi qiymət vasitəsilə dövlət ehtiyacları üçün istifadə oluna bilər. Məsələnin mahiyyəti bundan ibarətdir”.

“Tez-tez qanunsuz tikililərin özəlləşdirilməsi məsələsi qaldırılır. Bunu ona görə özəlləşdirirlər ki, torpağın kateqoriyasına uyğun şəkildə qurulmayıb. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqda yaşayış evi tikilib və

Davamını oxu »