Azərbaycandan bu ilin yanvar-noyabr aylarında 28,2 milyon dollarlıq 71 min ton kartof ixrac edilib.
Aqrarpress.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər baxımından 38% çoxdur.
Hesabat dövründə kartof ixracı ölkənin qeyri-neft sektoru üzrə ixracının 0,12%-ni təşkil edib.


