Valideynin Harayı: Rəhbər Ananın Övladına Qarşı Laqeydliyi Təhsil Sistemində Etibarsızlığa Səbəb Olur


Təhsil — hər bir cəmiyyətin gələcəyinin təməlidir. Amma təəssüf ki, bu təməlin üzərində duran bəzi şəxslər öz şəxsi məsuliyyətsizlikləri ilə bu sistemi sarsıdırlar. Bakı şəhərində yerləşən 271 nömrəli tam orta məktəbdə rəhbər vəzifədə çalışan Kazımova Vüsalə ilə bağlı ortaya çıxan iddialar, bu narahatlığın acı nümunəsidir.

Valideyn Kazımov Aqşin Ağaşirin oğlunun mediaya müraciətində bildirdiyinə görə, onun oğlu — Kazımlı Atabəy Aqşin oğlu, anası Vüsalə Kazımovanın himayəsində olduğu müddət ərzində təhsildən demək olar ki, kənarda qalıb. Uşağın məktəbə davamiyyəti zəifləyib, qiymətləri isə həddindən artıq aşağı səviyyədədir. Birinci yarımildə 11 “iki” qiymətinin 6-sı “0/2” səviyyəsində olub. İkinci yarımildə də vəziyyət dəyişməyib.

Valideynin sözlərinə görə, Kazımova Vüsalə bu vəziyyəti gizlətmək məqsədilə uşağın məktəbini dəyişdirərək onu 72 nömrəli məktəb-liseyə köçürüb. Bu dəyişiklik yalnız nəticələrin ört-basdır olunmasına xidmət edib. Lakin bu da uşağın sinifdə saxlanılmasına mane ola bilməyib. Bu hal açıq şəkildə sübut edir ki, ana və eyni zamanda rəhbər şəxs olan Kazımova Vüsalə övladının təhsilinə mane olur və məsuliyyətsizlik nümayiş etdirir.

Sual yaranır: öz doğma övladına bu cür laqeyd münasibət göstərən bir şəxs, xalqın övladlarına necə örnək ola bilər? Rəhbər vəzifədə çalışan bir insanın bu cür davranışı həm pedaqoji etika, həm də rəhbərlik prinsiplərinə ziddir.

Əlavə olaraq, bildirilir ki, Kazımova Vüsalə əvvəllər 172 nömrəli tam orta məktəbdə də rəhbər vəzifədə çalışmış, lakin “Son zəng” tədbirində təlimatlara əməl etmədiyinə görə onunla bağlanan əmək müqaviləsinə xitam verilib. Belə olan halda cəmiyyətin haqlı olaraq soruşmağa tam ixtiyarı var: Bu şəxs necə və hansı əsasla yenidən təhsil sisteminə rəhbər kimi qayıda bilir?

Məqalənin sonunda valideyn tərəfindən haqlı olaraq çağırış edilir ki, məsələ müvafiq qurumlar tərəfindən araşdırılsın, Kazımova Vüsalənin fəaliyyəti etik davranış normalarına uyğun olaraq qiymətləndirilsin və qanunvericiliyə əsasən müvafiq tədbirlər görülsün.

Cəmiyyətin övladlarının gələcəyi belə halların gizlədilməsinə deyil, şəffaf və məsuliyyətli yanaşmaya ehtiyac duyur.

 Kazımov Aqşin Ağaşirin oğlunun ictimai müraciəti əsasında hazırlanıb.

Bənzər xəbərlər