Türkiyədə Qurban bayramının ilk günü 14 372 nəfər xəstəxanaya yerləşdirilib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı ölkənin səhiyyə naziri Kemal Memişoğlu açıqlayıb.
Onun sözlərinə görə, Ankarada 1049, İstanbulda 753, Konyada 655, Qaziantepdə 634, Manisada 572 nəfər olmaqla, ümumilikdə 81 vilayətdə 14 min 372 nəfər qurban kəsmək istəyərkən aldıqları xəsarətlərə görə səhiyyə müəssisələrinə müraciət edib.
O, qurbanlıq heyvanların peşəkarlar tərəfindən kəsilməsinin vacibliyini də vurğulayıb: “Hələ qurban kəsməyən vətəndaşlarımızın bu məsələyə diqqət etmələrini istərdik. Yaralı vətəndaşlarımıza şəfa diləyirəm”.