Turan birliyi sürətli formada gerçəkləşməkdədir – Ceyhun Məmmədov

 

Bildiyimiz kimi, Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi.

Əsası Naxçıvanda qoyulan, böyük inkişaf yolu keçən, Qarabağ zəfərinə şahidlik edən Türk Dövlətləri Təşkilatının səsi bu gün Avropadan gəlir. Macarıstanda Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Türk dünyasının, xüsusilə Azərbaycanın növbəti tarixi uğurudur.

Görüşdə türk dünyası üçün olduqca önəmli məsələlər müzakirə olundu. Tədbir türk dünyası üçün bir çox mühüm hadisələrlə yadda qaldı. Bütün bunlar onu göstərir ki, Turan birliyi sürətli formada gerçəkləşməkdədir.

Eyni zamanda, Prezident İlham Əliyevin Macarıstana səfəri zamanı ikitərəfli əlaqələr barədə də geniş müzakirələr aparıldı. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan Macarıstan əlaqələri də sürətlə inkişaf edir. Məhz bu siyasət nəticəsində Azərbaycan Macarıstan əlaqələri özünün yeni inkişaf mərhələsinə daxil olub.

Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir.

Həmin tədbirdən əvvəl Prezident İlham Əliyev Albaniyada keçirilən Avropa Siyasi Birliyinin  tədbirində iştirak etdi. Prezident İlham Əliyevə göstərilən diqqət həm də Azərbaycanın artan nüfuzunun göstəricisidir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan dövlətlərdən birinə çevrilib.

Bütün bunlar həm də onu göstərir ki, bu gün Azərbaycan yalnız Avropada deyil, həm Yaxın Şərqdə, həm Afrikadadır. Buna nail olmaq üçün Azərbaycan məşəqqətli və qürurlu mərhələdən keçdi. Ancaq Vətən müharibəsində əldə etdiyi qələbəni, yaratdığı reallığı bütün dünyaya qəbul etdirdi.

Bu gün Azərbaycan xalqı tarixinin şanlı və şərəfli günlərini yaşayır. Bu gün Azərbaycan ardıcıl şəkildə uğurlarını bütün istiqamətlərdə davam etdirir. Bu onu göstərir ki, ölkəmizin məqsədlərinin həyata keçməsinə heç bir qüvvə mane ola bilməz.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ard-arda uğurlara imza atır. Qarşıda isə bizi Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük vəzifələr və uğurlar gözləyir.

 

 

Bənzər xəbərlər